AZ

Ukrayna və Suriya məsələsində Türkiyə ilə işləmək istəyirik - Avropa İttifaqı

BAKI,TurkicWorld

Avropa İttifaqı (Aİ) Ukrayna və Suriya məsələsində Türkiyə ilə birgə işləmək istəyir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta deyib.

Kosta, Türkiyənin "strateji tərəfdaş, Aİ-yə namizəd ölkə və NATO müttəfiqi" olduğunu vurğulayaraq, ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığından sonra X hesabında paylaşım edən Kosta, Ukraynada daimi sülhün təmin edilməsi və Suriyada inklüziv, demokratik keçidin dəstəklənməsi üçün Türkiyə ilə birlikdə işləmək niyyətində olduqlarını bildirib.

Brüssel ilə Ankara arasında böyük fikir ayrılıqları qalmaqdadır.

Aİ-nin Türkiyə ilə bağlı əsas prioritetləri sırasında Ortaq Xarici və Təhlükəsizlik Siyasəti (CFSP), Kipr problemi, hüququn aliliyi, fundamental hüquqlar və demokratiya məsələləri yer alır.

Türkiyə Aİ-dən gözləntiləri sırasında məhdudiyyətlərin aradan qaldırılmasını, müzakirə prosesinin yenidən başlamasını, dondurulmuş yüksək səviyyəli dialoqların bərpasını, Gömrük Birliyinin yenilənməsini və viza liberallaşdırılması təmin olunana qədər viza prosedurlarının sürətləndirilməsini önə çəkir.

"Türkiyənin Aİ üzvlük danışıqları müsəlman ölkə olmasından narahatlıq duyulması səbəbindən dayandırılıb",- deyə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan deyib.

Seçilən
87
turkic.world

1Mənbələr