AZ

Rusiya ordusu bir həftə ərzində Kurskda dörd yaşayış məntəqəsinə nəzarəti bərpa edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya hərbçiləri son bir həftə ərzində Kursk vilayətində dörd yaşayış məntəqəsində nəzarəti bərpa ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik operativ məlumatında bildirilib.
"Şimal" qrupunun bölmələri həftə ərzində Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin məhvinə davam edib. Hücum əməliyyatları nəticəsində Poqrebki, Orlovka, Nikolsk və Novaya Soroçina yaşayış məntəqələrinə nəzarət bərpa olunub", - məlumatda deyilir.
Seçilən
40
50
oxu.az

10Mənbələr