AZ

“Kəpəz” “Neftçi” ilə oyuna iki itki ilə çıxacaq

“Kəpəz” bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacağı “Neftçi” ilə cavab oyununa iki itki ilə çıxacaq.

Arena.az bu barədə Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, kubok oyunu öncəsi komandada itkilər var. Belə ki, Rauf Hüseynli cəzalı olduğu üçün paytaxt təmsilçisi ilə oyunu buraxacaq. Mahamadu Ba isə zədəli olduğundan komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, “Kəpəz” bu gün Bakıda “Neftçi”nin qonağı olacaq. “Neftçi Arena”da keçiriləcək oyuna saat 19:30-da start veriləcək.

Bu komandalar arasında keçirilmiş ilk oyunda “Neftçi” 2:0 hesabıyla qalib gəlib.

Seçilən
101
arena.az

1Mənbələr