Bu gün Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub
Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.
Qeyd edilib ki, İshaq Dar Pakistanın Baş nazirinin Azərbaycana son səfəri zamanı göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
XİN başçıları, həmin səfər zamanı ticarət və sərmayə ilə bağlı qəbul edilən qərarların həyata keçirilməsini sürətləndirmək üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər