AZ

Yüksək Liqa: “Neftçi”dən MOİK üzərində asan qələbə

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 23-cü tura start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə qarşılaşması Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. MOİK-lə qarşılaşan “Neftçi” asan qələbə qazanıb – 3:0.

Turun sabah keçiriləcək oyununda “Gənclər” və “Murov” qarşılaşacaq. “Azərreyl” ilə “Xilasedici”nin görüşü isə təxirə salınıb.

Yüksək Liqa
13-cü tur
28 fevral

“Neftçi” – MOİK 3:0 (25:15, 25:23, 25:9)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Seçilən
93
arena.az

1Mənbələr