AZ

Xorvatiya ilə yaşıl enerjiyə keçid və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Xorvatiyaya səfəriçərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə bu ölkəninbir sıra rəsmiləri və şirkət rəhbəri ilə görüşlər keçirilib.

Trend xəbərverir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xorvatiyanın iqtisadiyyat naziri, Azərbaycan vəXorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi iləBirgə Komissiyanın həmsədri Ante Şuşnyar ilə işgüzar naharformatında görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinininkişaf etdirilməsi, özəl sektor, sərmayələrin təşviqi, enerji,turizm, əczaçılıq, tranzit daşımaları sahələri üzrə birgəfəaliyyətin perspektivləri barədə müzakirə aparılıb.

Xorvatiyanın ətraf mühitin mühafizəsi və yaşıl keçid naziriMariya Vuçkoviç ilə görüşdə ölkələrimizin mühüm tərəfdaşlıqistiqaməti olan energetika sahəsində birgə fəaliyyətinşaxələndirilməsi barədə fikir mübadiləsi aparılıb. Yaşıl enerjiyəkeçidi və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrəəməkdaşlıq imkanları dəyərləndirilib.

Xorvatiyanın "Prvo Plinarsko Druştvo" (PPD) şirkətinin rəhbəriPavao Vuynovak ilə görüş zamanı şirkətin Azərbaycanla əməkdaşlıqpotensialı, enerji və qida sənayesi sahələrində fəaliyyətinəlaqələndirilməsi imkanları haqqında fikir mübadiləsi aparılıb.

Xorvatiya
Xorvatiya
Xorvatiya
Xorvatiya
Xorvatiya
Xorvatiya
Seçilən
85
6
az.trend.az

7Mənbələr