Azərbaycanın U-21 komandasının yeni baş məşqçisi müəyyənləşib.
News24.az xəbər verir ki, Sport24.az saytı AFFA-nın gənclər yığmasının "sükanını" "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasova tapşıracağı barədə məlumat yayıb.
Bildirilir ki, Abbasov həm klubda, həm də yığmada fəaliyyət göstərəcək.
AFFA-nın planına əsasən, "Şamaxı" gənclər yığmasının əsas bazası olacaq.
Qeyd edək ki, Samir Əliyevin istefasından sonra U-21-in baş məşqçisi vəzifəsi boş qalmışdı.