AZ

"Apple" hər il büdcəli "iPhone" modelləri buraxacaq

"Apple" şirkəti büdcəli smartfonların buraxılış qrafikini yenidən nəzərdən keçirib və hər il "iPhone e" seriyası modelləri buraxmaq niyyətindədir. 

HİT.az xəbər verir ki, bunu CIRP təhlilçiləri bildirir.

Mütəxəssislər hesab edirlər ki, "iPhone 17e" artıq gələn il, əsas modellərin buraxılışından bir neçə ay sonra meydana çıxa bilər. Görünür, "Apple" hər seriyada büdcəli modellər təqdim etmək niyyətindədir. Əvvəllər "iPhone SE" bir neçə ildən bir buraxılırdı: 2016, 2020 və 2022-ci illərdə, 2013-cü ildə isə "iPhone 5c" təqdim edilmişdi. Bu, bir il əvvəl təqdim edilən "iPhone 5"in daha əlverişli alternativi idi.

Qeyd olunur ki, "iPhone 16e" istifadəçilər üçün "Apple" ekosisteminə giriş həddini aşağı salmağa imkan verir. Əvvəllər "iPhone"un yüksək qiyməti səbəbindən "Android" smartfonları seçənlər, əsas funksiyalara çıxış əldə edərək, "e" modellərinə diqqət yetirə bilərlər.

Eyni zamanda, "iPhone"un daha inkişaf etmiş versiyaları "MagSafe" dəstəyi və əlavə kameralar kimi daha geniş funksionallıq təqdim etməyə davam edəcək. Beləliklə, büdcəli versiya Pro versiyalarının satışına mənfi təsir göstərməməlidir.

"Google" şirkəti artıq bir neçə ildir oxşar yanaşmadan istifadə edir: əvvəlcə "Pixel" smartfonlarının flagman modellərini buraxır, bir müddət sonra isə "a" indeksli daha əlverişli "Pixel" modellərini təqdim edir.

Samir

Seçilən
165
50
hit.az

10Mənbələr