AZ

"Turkmenistan Airlines" Aşqabaddan Moskvaya reyslərin dayandırılması müddətini uzadıb

Aşqabad. Trend:

“Turkmenistan Airlines” hava yolları şirkəti Aşqabad-Moskvaistiqamətində hava reyslərini dayandırıb.

Trend xəbər verirki, bu haqda aviaşirkətin "Telegram" kanalında məlumat dərcolunub.

“Türkmənistan aviaşirkəti xəbər verir ki, Aşqabad-Moskva-Aşqabaqmarşrutu üzrə müntəzəm reyslər 31.03.2025-ci ilə qədər təxirəsalınır”, - deyə aviadaşıyıcının bəyanatında deyilir.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında “TurkmenistanAİrlines” yanvar ayının sonuna qədər Rusiyaya reysləridayandırmışdı.

Belə bir qərar 25 dekabr 2024-cü ildə Azərbaycanın AZALaviaşirkətinə aid sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzayauğraması fonunda qəbul olunmuşdu.

Məqalədə:
Seçilən
78
2
az.trend.az

4Mənbələr