AZ

Yazıçının oğlu itkin düşdü

Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.   Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb. “Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üzərində telefon yoxdur.  Onu görənlərdən (050) 243-14-53, (055)716-63-73 nömrələri ilə əlaqə saxlaması xahiş olunur”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirilib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Seçilən
94
14
manset.az

10Mənbələr