“Barselona” klubunun prezidenti Joan Laporta Azərbaycana səfər edib.
İdman.biz Haqqın.az istinadən xəbər verir ki, o, dünən axşam saatlarında Bakıya gəlib.
Onun səfərinin məqsədi ölkəmizdə yeni akademiyanın yaradılmasıdır. La Liqa təmsilçisi yerli investorları da bu işə cəlb etmək niyyətindədir. Laporta Azərbaycana "Barselona"nın direktorlar Joan Soler və hüquqşunas Xavyer Puiqlə gəlib.
Qeyd edək ki, Laporta 2024-cü ilin noyabrında da Bakıda səfərdə olub. O, COP29 çərçivəsində ölkəmizə gəlib.
İdman.biz