Demokrat.a xəbər verir ki, bu barədə Zelenski “Fox News”a müsahibəsində aparıcının birbaşa “üzr istəyəcəksinizmi?” sualına cavabında söyləyib.
“Mən prezident və Amerika xalqına hörmətlə yanaşıram. Düşünürəm ki, açıq və dürüst olmalıyıq. Bizim pis bir şey etdiyimizi düşünmürəm. Bütün media qurumlarına hörmətlə yanaşıram, lakin bəzi məsələləri onların iştirakı olmadan müzakirə etməliyik”, – dövlət başçısı deyib.
Xatırladaq ki, Vaşinqtonda iki ölkə liderlərinin görüşü qalmaqalla nəticələnib. Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə kompromisə getməməyə çağırıb. Buna cavab olaraq Tramp bildirib ki, Ukrayna “çətin vəziyyətdədir” və onun “güclü kartları yoxdur”. Söhbətə ABŞ-nin vitse-prezidenti Cey Di Vens də müdaxilə edərək soruşub: “Siz heç olmasa bir dəfə “sağ ol” dedinizmi?”.
Tramp ukraynalı əsgərlərin inanılmaz şücaət nümayiş etdirdiyini qeyd etsə də, ABŞ-nin döyüşləri dayandırmaq və vəsaitləri “digər məqsədlərə, məsələn, bərpa işlərinə” yönəltmək istədiyini vurğulayıb.
10Mənbələr
-
demokrat.azZelenski Trampla görüşdəki sözlərinə görə üzr istəməyə ehtiyac duymur ( 15776509)
-
sherg.azZelenski Trampla görüşdəki sözlərinə görə üzr istəməyə ehtiyac duymur ( 15776071)
-
sherg.azStarmer Tramp ilə telefon danışığında Ukraynaya “sarsılmaz dəstəyini” ifadə edib ( 15776039)
-
modern.azAğ Evə necə gəldi, necə getdi... - FOTO ( 15775237)
-
modern.azAğ Evi tərk edən Zelenski HARADADIR... ( 15775113)
-
modern.azZelenski ya istefa verməli, ya da... - Senatordan REAKSİYA ( 15774951)
-
manset.azMakrondan Tramp-Zelenski davasına REAKSİYA ( 15774839)
-
operativmedia.azTramp Amerika qoşunlarının Suriyadan çıxarılması imkanlarını özündə saxlayır ( 15178925)
-
bakivaxti.azTramp Suriyadan qoşunları çıxaracaqmı? ( 15178699)
-
axar.azTramp Suriyadan qoşunları çıxaracaqmı? ( 15178603)