AZ

PKK atəşkəs elan etdiyini açıqladı

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, açıqlamada terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın çağırışına əməl olunacağı bildirilib.

“Çağırışın məzmunu ilə olduğu kimi razıyıq və çağırışın tələblərinə öz tərəfimizdən əməl edəcəyimizi və həyata keçirəcəyimizi bildiririk. Biz atəşkəsin bu gün qüvvəyə mindiyini elan edirik”, - PKK “İcraiyyə Komitəsi”nin məlumatında vurğulanıb.

Xatırladaq ki, A. Öcalan bir neçə gün öncə tərəfdarlarına çağırış edərək “silahı buraxın”, - deyib: “Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və hərəkatı olan PKK-nın güc və dəstək tapmasının səbəbi demokratik siyasi kanalların bağlanması idi. Mən tərksilah olmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv olunmalıdır. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm”.

Seçilən
38
1
qafqazinfo.az

10Mənbələr