ABŞ-ın vitse-prezidenti J.D.Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Aİ ölkələrinin üzünə bir neçə şillə vurdu.
Publika.az xəbər verir ki , bunu Almaniya üçün Alternativ Partiyasının həmsədri Tino Krupalla deyib.
“Avropanın üzünə bir neçə şillə vuruldu. Onun çıxışını demək olar ki, Mixail Qorbaçovun 1989-cu ildə ADR-in 40 illiyi ilə bağlı çıxışı ilə eyni kateqoriyaya aid etmək olar ”, - deyə siyasətçi vurğulayıb.
Krupalla həmçinin bu çıxışın Rusiya prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışı ilə də müqayisə oluna biləcəyi ilə razılaşıb.
Həmin vaxt Putin birqütblü dünya nizamı və NATO-nun şərqə doğru genişlənməsi mövzusuna toxunub. Alman siyasətçinin fikrincə, Vensdən gələn “şapalaqlar” kifayət qədər açıq idi.