AZ

PKK terror təşkilatı atəşkəs elan edib

PKK

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, təşkilat həbsdə olan PKK lideri Abdullah Öcalanın müraciətinə əməl edəcək.

Qeyd edək ki, fevralın 27-də DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparıb. Danışıqlar nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb.

Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.

Müraciətdə Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!”,- çağırışı yer alıb.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu ilin fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılaraq Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.(Report)
Seçilən
46
16
reyting.az

10Mənbələr