AZ

Olimpiya çempionu öz dünya rekordunu yenilədi

Dirəklə tullanma üzrə ikiqat Olimpiya çempionu, isveçli atlet Armand Duplantis özünün dünya rekordunu yeniləyib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Klermon-Ferranda ( Fransa ) keçirilən "All Star Perche by SCC" turnirində  o, 6,27 m hündürlükdən tullanıb. 

Qeyd edək ki, 2024-cü ildə Duplantis 2024-cü il Yay Olimpiya Oyunlarında 6,25 m hündürlüklə dünya rekorduna imza atıb.

Həmçinin 20 apreldə Çinin Xiamen şəhərindəki Diamond League mərhələsində müəyyən etdiyi 6,24 m hündürlüyünü 3-cü cəhdində üstələyib.

Mina Mikayılova

Seçilən
63
bakivaxti.az

1Mənbələr