AZ

Şahmatçılarımız Moskvada mübarizəyə başlayırlar

Bu gün Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turniri start götürür.

İdman.biz xəbər verir ki, yarışda iştirak edəcək azərbaycanlı qrossmeyster Aydın Süleymanlı ilk turda rusiyalı Yevgeni Vorobyovla qarşılaşacaq.

Beynəlxalq usta Rəvan Əliyev isə digər yerli şahmatçı İvan Zemlyanski ilə üz-üzə gələcək.

Yarışda ulduzlar da daxil olmaqla, 144 şahmatçı mübarizə aparacaq. Reytinq favoriti Yan Nepomnyaşi (Rusiya), həmçinin Hans Niemann (ABŞ), Rixard Rapport (Macarıstan), Daniil Dubov (Rusiya) və digər aparıcı oyunçular da Moskvada çıxış edəcəklər.

İdman.biz

Məqalədə:
Seçilən
66
1
idman.biz

2Mənbələr