AZ

Qarda xəsarət alan 58 nəfər xəstəxanaya müraciət etdi - Yenilənib

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar 41 nəfər müraciət edib.

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

2 nəfər əməliyyat üçün stasionara qəbul edilib.

***

TƏBİB-dən yerilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar ötən gün saat 20:00 radələrindən indiyədək 9-u qadın, 8-i kişi olmaqla, 17 nəfərin müraciəti qeydə alınıb.

Onlardan 14 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. 3 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.

Seçilən
197
27
qafqazinfo.az

10Mənbələr