Qadın voleybolçular arasında Rumıniya çempionatının pley-off oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, müntəzəm çempionatın qalibi, Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdiyi "Alba" iki dəfə "Tarqovişte"ni məğlub edib.
İlk oyunda 3:0 hesablı qələbə qazanan liqanın lideri cavab qarşılaşmasında da 3:1 hesabı ilə qalib gəlib. Lakin Ruban və Xarçenko bu görüşlərdə iştirak etməyiblər.
Bu qələbələr sayəsində "Alba" ölkə çempionatının yarımfinalına yüksəlib.
İdman.biz