
Səbail rayonu Ə.Əlizadə küçəsində bir nəfərin içərisində 1200 manat pul və mobil telefon olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı V.Hacıyev və 23 yaşlı M.Abdullayeva müəyyən olunaraq saxlanılıblar.