AZ

İngiltərə kralı Ramazan ənənəsinə dəstək verib

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Ramazan ayı çərçivəsində Londonda müsəlmanların idarə etdiyi restoranlara baş çəkiblər. 

“Cebheinfo.az” xəbər verir ki, cütlük səfər zamanı Ramazan hazırlıqları ilə qarşılaşıb.

Kral cütlüyü restoranda bir qrup müsəlman qadınla tanış olub və xurma yığmağa kömək ediblər.

Restoranın sahibi Esma Han kralın "xurmaları bu qədər tez yığa biləcəyini heç vaxt düşünmədiyini” bildirib. Çarlz isə buna cavab olaraq zarafatla “Mən vaxt itirmirəm” deyib.

Kral Çarlz və Kraliça Kamillanın qablaşdırdığı xurma Ramazan ayında yerli xəstəxanalara göndəriləcək.

Seçilən
34
15
cebheinfo.az

10Mənbələr