Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası ikinci Bundesliqada növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv 24-cü turda "Hannover"i qəbul edib.


Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. Emreli bu görüşün 78-ci dəqiqəsində meydana daxil olub.


Azərbaycanlı forvard bundan əvvəlki iki görüşün iştirak ərizəsində yer almamışdı.