Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.
17 yaşlı E.Muradlı atasına məxsus "Niva" markalı avtomobili idarə edərkən idarəertməni itirib, yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra avtomobil aşıb.
Qəzada, sürücü və nəqliyyat vasitəsində sərnişin qismində olan 14 yaşlı T.Əlizadə xəsarət alıblar. Hər iki şəxs təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.