AZ

Buzlu suda çimən kişi çamadan tapdı, açanda şoka düşdü

Rusiyada buzlu suda çimməyə girən şəxsin tapdığı çamadan onu şoka salıb.

AzPost bildirir ki, Sankt-Peterburqun Nevski rayonunda balıqçı körpüsünün altındakı buz çuxurunda səhər çimmək istəyən vətəndaşın diqqətini atılmış iki çamadanın çəkib.

Onlardan birini açan kişi oradapul əvəzinə insan bədəninin hissələrini görüb.

Dərhal polisə zəng vurub. Hazırda hadisə yerində Sankt-Peterburq İstintaq Komitəsi və məhkəmə-tibb ekspertləri işləyir. Ehtimal olunur ki, hər iki çamadanda eyni cəsədin hissələridir. Parçalanmış şəxsin ehtimal edilən cinsi və yaşı hələlik dəqiq deyil.

Seçilən
90
azpost.info

1Mənbələr