AZ

Azərbaycanda minik avtomobili istehsalı kəskin azalıb

2025-сi ilin yanvar ayında Azərbaycanda 235 ədəd və əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 171 ədəd az (və ya 42,1 faiz az) minik avtomobili istehsal olunmuşdur (yığılmışdır). 

01.02.2025-ci il vəziyyətinə minik avtomobilləri üzrə hazır məhsul ehtiyatı 141 ədəd təşkil edib.

Ay ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə traktorların istehsalı 6,1 faiz azalaraq 46 ədəd təşkil edib. 01.02.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 11 ədəd olub.

2025-ci ilin yanvar ayında cəmi 8 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,3% azdır.  01.02.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 4 ədəd təşkil edib.

Qeyd edək ki, Azərbaycanda yerli istehsal avtomobillərə marağı azaldan səbəblərdən biri Çindən daha münasib qiymətə daha zəngin təchizata malik avtomobillərin idxal olunmasıdır.

// APress.az

Seçilən
38
1
apress.az

2Mənbələr