Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar qəbul edib.

Offsideplus.az xəbər verir ki, 4 istiqamət üzrə qəbul edilən qərarlar növbəti mövsümdən qüvvəyə minəcək.

1. Qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komanda künc zərbəsi yerinə yetirəcək.

2. Hakim ilə yalnız komanda kapitanları danışa biləcək.

3. VAR danışıqları epizodlar izlənildikdən sonra anons ediləcək.

4. Bir oyunçunun ofsaydda olması üçün rəqibindən tamamilə öndə olması qaydası test ediləcək.