AZ

Diniyevin komandasından MƏĞLUBİYYƏT

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi “Çorum” Türkiyə 1-ci liqasında 27-ci tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, komanda səfərdə “İqdır”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev bu matçda 77-ci dəqiqədə Atakan Akkaynakın əvəzinə meydana çıxıb.

“Çorum” hazırda turnir cədvəlində 39 xalla 7-ci, “İqdır” isə 36 xalla 14-cüdür. Sıralamaya 55 xalla "Kocaelispor" liderlik edir.

Türkiyə 1-ci liqası, 26-cı tur

22 fevral

"İqdır" – "Çorum" - 1:0

Qol: Bruno, 14

Bizim.Media

Seçilən
33
2
bizim.media

3Mənbələr