Qar bölgələrdə bir sıra çətinliklər yaradıb..
Xezerxeber.az xəbər verir ki, son 10 gündür davam edən qarlı hava axşam saatlarında dahada intensivləşib. Bəzi ərazilərdə qarın hündürlüyü təxminən 1 metrə çatıb.
Dağ kəndlərində yolların qarla örtülməsi hərəkəti çətinləşdirib. .
Qaxın Qaşqaçay, Sarıbaş və İlisu kəndlərində qarın hündürlüyü 75 sm təşkil edib. Zaqatalanın Car, Axaxdərə, Meşleş, Qəbizdərə və sair dağ kəndlərində qarın intensivliyi müşahidə olunub.
Qubanın Qrız kəndində isə temperatur -16 dərəcəyə qədər enib, qar örtüyünün qalınlığı isə 27 santimetrə çatıb. Quba rayonunun dağlıq ərazilərində də oxşar mənzərə hökm sürür. Güclü şaxta və qar, xüsusilə, yüksək dağ kəndlərində yaşayan
Bu görüntülər Şəki şəhərinin Yuxarı Baş ərazisində lentə alınıb.
Bir neçə gündür ki aramsız qarın yağması Muğanlı-İsmayıllı və Ağsu dolaylarında bir sıra çətinliklərə yol açıb.
Aramsız yağan qar magistral yolları ağ örpəyə bürüyüb. Buzlu yollar nəqliyyatın hərəkətini çətinləşdirib.
Səhər saatlarından aidiyyatı qurumların canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollar qardan təmizlənib nəqliyyatın hərəkəti bərpa olunub, yola duz və qum səpilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.