"Real Betis"in futbolçusu İsko keçmiş klubu Madrid "Real"ının azarkeşlərindən üzr istəyib.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi La Liganın hesabat turunda "kral klubu" üzərində qələbə topunun müəllifi olub (2:1).

"Qol sevincinə görə "Real" Madrid azarkeşlərindən üzr istədim. Mən bu kluba minnətdaram, onlar həmişə mənim ürəyimdədir", - deyə o bildirib.

Xatırladaq ki, İsko 2013-2022-ci illərdə oynadığı "Real"da 246 matçda 37 dəfə fərqlənib.