Bakı. Trend:
Martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirməfəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanıkeçirir.
DİM-dən Trend-ə bildirilib ki, elektron imtahanlar korpusunda(Binəqədi rayonu, S.S.Axundov) təşkil edilən imtahan saat 11:00-dabaşlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahanaburaxılmayacaqlar. İmtahan bir saat davam edəcək.
İmtahan vermək üçün 136 namizəd müraciət edib. İmtahanlarınidarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9nəzarətçi, 2 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Namizədlər imtahana gələrkən kalkulyator və aşağıda qeyd olunansənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə 30test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkünolan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldəetmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” DİM-in saytındayerləşdirilib.