Martın 1-də La Liqanın 26-cı turunda “Betis” “Real Madrid”i qəbul edib.
Publika.az xəbər verir ki, Sevilyadakı “Benito Villamarin” stadionunda keçirilən oyunda meydan sahibləri qalib gəlib – 2:1.
Bu oyunda “Real”ın sabiq futbolçu İsko bir qol vurub, bir məhsuldar ötürmə edib.
İsko 9 il oynadığı “Real”a qol vurduqdan sonra çılğınlıqla sevinib.
İsko daha sonra bu davranışına görə "Kral klubu"nun azarkeşlərindən üzr istəyib.
"Vurduğum qola görə hədsiz dərəcədə sevindiyim üçün bütün "Real" azarkeşlərindən üzr istəyirəm. Bu komanda və azarkeşləri hər zaman mənim ürəyimdə qalacaq" - deyə o, bildirib.