AZ

"Real Madrid" azarkeşlərindən üzr istədim" - İsko

"Betis"in yarımmüdafiəçisi İsko La Liqada "Real"a qalib gəldikləri oyundan (2:1) sonra jurnalistlərə danışıb. 

Fanat.Az xəbər verir ki, 32 yaşlı futbolçu 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək qələbə qolunun müəllifi olub. 

Tanınmış insayder Fabritsio Romano 2013-2022-ci illərdə "kral klubu"nda çıxış edən İskonun dediklərini belə çatdırıb: “Qoldan sonra sevindiyim üçün bütün Madrid azarkeşlərindən üzr istədim.  "Real" həmişə ürəyimdə olacaq, bu kluba çox minnətdaram". 

"Betis" 26 turdan sonra 38 xalla İspaniya çempionatının turnir cədvəlində altıncı, "Real Madrid" 54 xalla ikinci sırada qərarlaşıb.

Mirağa

Seçilən
72
fanat.az

1Mənbələr