AZ

Suriya təhlükəsizlik qüvvələri Dəməşq ətrafında silahlılarla döyüşür

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyanın paytaxtı Dəməşq ətrafında təhlükəsizlik qüvvələrinin silahlı dəstələrlə toqquşması qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Suriya telekanalı regional daxili işlər idarəsinin rəisi, polkovnik Hussam əl-Tahana istinadən məlumat yayıb.
"Cermanda polis patruluna hücumdan sonra atışma gedir. Silahlılar polis bölməsinə də daxil olublar, bir neçə hüquq-mühafizə orqanı əməkdaşını tərksilah edib və döyüblər", - əl-Tahan bildirib.
Onun sözlərinə görə, polis əməkdaşı ölümcül xəsarətlər alıb, onu müşayiət edən əməkdaş isə girov götürülüb. Telekanalın həmsöhbəti hücumda əvvəlki hakimiyyətin tərəfdarlarının əli ola biləcəyini vurğulayıb.
Seçilən
175
13
oxu.az

10Mənbələr