Dodaq böyütmə əməliyyatının bu gün dünyada ən populyar estetik prosedurlardan biri olduğunu vurğulayan Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Yakup Çil diqqət edilməsi lazım olanlar haqqında məlumat verib.
News24.az bildirir ki, estetik prosedurla dodaqları daha geniş etməyin mümkün olduğunu bildirən Prof. Dr. Çil, “Əslində dodaq genişləndirmə əməliyyatı yalnız estetik məqsədlər üçün edilmir. Dodaq sahəsinin genişləndirilməsi əməliyyatı dar ağız giriş sahəsi ilə doğulan körpələrdə, bəzi xüsusi xəstəliklərdə, yanıq kimi travmalardan sonra dodaqların daralması hallarında da edilə bilər”. - deyib.
Prof. Dr. Çil əməliyyatdan sonra nələrə diqqət edilməsi lazım olduğu ilə bağlı bu məlumatları paylaşıb:
“Əməliyyatdan sonra ağız gigiyenasına çox diqqət yetirilməlidir. Siqaret çəkirsə, çəkməməsi münasib olardı. Cərrahi nahiyələr adətən öz-özünə əriyən tikişlərlə tikildiyi üçün insanın tikişlərin çıxarılmasına ehtiyac yoxdur. Bu tikişlər 2-3 həftə ərzində öz-özünə töküləcək. Bir həftə ərzində çox isti və çox soyuq yemək və içkilərdən uzaq durmaq məqsədəuyğun olardı. Əməliyyatdan sonra bir həftə ərzində hər yeməkdən sonra ağzını təmiz su ilə yaxalamaq və qarqara etmək tövsiyə olunur”.
Zəhraxanım Şeydayeva