AZ

Ançelotti "Betis"ə məğlubiyyəti belə şərh etdi

"Real Madrid" İspaniya çempionatının son turunda səfərdə "Betis"ə 1:2 hesabı ilə məğlub olub. 

Fanat.Az xəbər verir ki, "Kral Klubu"nun baş məşqçisi Karlo Ançelotti oyunu dəyərləndirib. 

"Marca" italiyalı çalışdırıcının dediklərini belə çatdırıb:
 
"Pis oyun oldu. Halbuki, matça yaxşı başlamışdıq, erkən qol vurmuşduq. Lakin sonra nəzarəti bizdən daha yaxşı oynayan və qələbəyə layiq olan komandaya verdik. Liqada məğlub olmaq ağır zərbədir və buna reaksiya verməliyik. Mövsümün bu mərhələsində uduzmaq çox pisdir. Həm də yaxşı oynamadıq. İlk hissədə çoxlu top itirdik və nəticədə "Betis" oyuna qayıtdı”. 

"Real" növbəti oyununu UEFA Çempionlar Liqasında "Atletiko Madrid"ə qarşı keçirəcək. Komandalar çərşənbə axşamı, martın 4-də qarşılaşacaqlar.

Mirağa

Seçilən
16
27
fanat.az

10Mənbələr