Biləsuvar rayonunda güllənmə hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, həmyerlisi 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu güllələyib.
Ayağından xəsarət alan yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvarda ov tüfəngi ilə vətəndaşa xəsarət yetirən şəxs saxlanıldı.
Martın 2-də saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.
Hadisə tərəflərarasında yaranan mübahisə zəminində baş verib.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.