AZ

Luis Enrike: “PSJ mövsümdə ən yaxşı kəsimini keçirir”

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 24-cü turu çərçivəsində qarşılaşdıqları “Lill” ilə ev oyunundakı qələbəni şərh edib.

Arena.az məlumat verir ki, Fransa nəhəngi elə, birinci hissədə “itlər”ə dörd qol vuraraq, yekunda 4:1 hesablı qələbəyə sevinib.

Luis Enrike matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, bizim, mövsümdə ən yaxşı birinci hissəmiz idi: “Lill” kimi bir rəqibə qarşı oyunda 4 qol və həmçinin məqamlar – bu, bizim cari səviyyəmizi göstərir. İndi bizə, Çempionlar Liqası haqda düşünmək gərəkdir, qarşıda “Liverpul”la iki oyun var, bərpa olmaq və iddiamızı ortaya qoymaq gərəkdir.

Bu gün sınaq vardı, heyətdə çoxlu dəyişikliklər isə olmayacaq, “Liverpul” və “Lill” oxşar cizgilərə malikdirlər. Bu gün biz elə təpki göstərdik ki, onlar oyuna qapıdan başlaya bilmədilər, onlara uzun ötürmələrdən istifadə etmək gərək oldu. “Liverpul”a qarşı isə əlbəttə, fərqli olacaq, əlbəttə, çətin olacaq, amma biz mövsümdə ən yaxşı kəsimizi keçiririk”, – “Ekip” nəşri ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, PSJ mövsümdə ardıcıl 10-cu qələbəsini qazanıb.
24 oyunda 62 xal toplamış PSJ Fransalı Liqa 1-in yarış cədəvəlinə başçılıq edir. “Lill” isə 41 xalla 5-ci pillədədir.

Seçilən
38
arena.az

1Mənbələr