Bakı şəhərində, "Neftçilər" metro stansiyasının yaxınlığında təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində avtomobil aşıb.
Hadisə şahidləri avtomobildə xəstənin olduğunu deyiblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.