AZ

İnternet modemi alışdı - 50 yaşlı kişinin evi külə döndü - FOTO

Biləsuvar rayonunun Bəydili kəndində fərdi yaşayış evində yanğın baş verib. 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus, ümumi sahəsi 64 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı ev yanaraq tamamilə külə dönüb.

Bizim.Media xəbər verir ki, hadisə yerinə dərhal Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və iki yanğınsöndürən texnikası cəlb edilib.

Lakin yanğının güclü olması səbəbindən evi xilas etmək mümkün olmayıb.

Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində başlayıb. Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
38
5
bizim.media

10Mənbələr