"Mançester Yunayted"in kapitanı Bruno Fernandeşə klubdan getməsi məsləhət görülüb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçuya özünə daha yaxşı komanda tapa biləcəyi deyilib. Bundan əlavə, "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim bu gün bu açıqlaması ilə diqqət çəkib:
"Futbolçularımla kifayət qədər səmimiyəm. Artıq bilirlər ki, bəzən mövsümün sonunda komandadan ayrılmaq lazımdır".