AZ

42 yaşlı kişi ov tüfəngi ilə güllələndi

Biləsuvar rayonunda güllənmə hadisəsi baş verib. Hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, həmyerlisi 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu güllələyib.

Ayağından xəsarət alan yaralı rayon xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.

Hadisə tərəflərarasında yaranan mübahisə zəminində baş verib.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Xəbər 4 dəfə oxunub.
Seçilən
76
14
xezernews.az

10Mənbələr