AZ

Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılışı olub

Azərbaycan Şahmat Federasiyası və "Məmmədyarovlar" Şahmat Məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olan Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.

"Landmark"da baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.

Ardınca Qənirə Paşayevanın fəaliyyət dövrünü əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra çıxış üçün söz Milli Məclisin deputatı Arzu Nağıyeva verilib. Yarış iştirakçılarına salamlayan siyasi xadim bu cür yarışların keçirilməsinin əhəmiyyətindən danışıb. O, Qənirə Paşayevanın fəaliyyət dövrü ərzində şərəflə xalqına xidmət etdiyini xatırladıb.

Ardınca çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qənirə Paşayeva ilə bağlı xatirələrini danışıb, gördüyü işlərdən bəhs edib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Yurdagül Aydağon turnirin ənənəvi hal almasının sevindirici hal olduğunu söyləyib.

Çıxış edənlər arasında yer alan Qənirə Paşayevanın anası Tehran Paşayeva isə yarışın təşkilatçılarına öz minnətdarlığını bildirib.

Seçilən
97
7
aznews.az

8Mənbələr