Rusiyanın Primorye bölgəsində meşə yanğınları başlayıb.
Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, yanğınlar bir neçə qəsəbədə evlərə yaxınlaşıb.
Hazırda yanğınlar bölgənin 5 rayonunda 32 hektar ərazini əhatə edib.
Hakimiyyət orqanları 14 rayonda yanğın əleyhinə rejim, Naxodkada isə yüksək hazırlıq rejimi elan edib.