AZ

“Geyimlərin içində oxumağı özünə ayıb bilir”-tədbiri mahnı oxumadan tərk edən Damla-FOTO

Moderator.az xəbər verir ki, Xaçmazda bir açılışa qatılan müğənni Damla müzakirə yaradıb. Belə ki, Damlanın mahnı oxumadan tədbiri tərk etdiyi bildirilir. Aparıcı Zaur Kamal nə qədər israr etsə də, ifaçı səhnədən düşüb və məkanı tərk edib.
 
Moderator.az-a açıqlama verən müğənninin prodüsseri Şamil İbrahimov onun açılışda mahnı oxumamasını belə izah edib:
“Biz heç vaxt açılışlarda mahnı oxumuruq. Açılışda 10 min manat da təklif etsələr razılaşmırıq. Müğənni necə geyim mağazasında oxusun? Sonra o müğənniyə nə ad verərlər? Biz illərdir belə işləyirik. Saytlarda yazıblar ki, tamaşaçılara hörmətsizlik edib. Əksinə, Damla xanım özünə hörmət edib. Bunun nə aidiyyatı var ki? Orada 100 min manat da təklif etsəydilər oxumayacaqdı. Elə bilirsiniz ki, təklif etməyiblər? Mağazanın çölündə səhnə olsaydı, professional şəkildə səs aparatları və avadanlıqlar olsaydı niyə də oxumuruq? Geyimlərin içində nə oxusun ki? Supermarket açılışı olanda səhnəsi olarsa oxuya bilərik. Müəyyən şərtlər əsasında. Mağazanın içində oxumağı Damla xanım özünə ayıb bilir. Ora gələn müğənnilərin oxuyub-oxumaması haqda nəsə deyə bilmərəm. Onlar onsuz da həmişə oxuyurlar. Həm də Damla xanım oruc idi. Halsız idi. Oruc adamın oxumağı da düzgün deyil. Damla xanım millətini sevir. Onun atası hərbçidir, 25 il millətə, dövlətə xidmət edib. Özü də bu millətin qızıdır” deyə müğənninin prodüsseri əlavə edib.
Seçilən
64
moderator.az

1Mənbələr