AZ

Londonda Ukrayna üzrə Avropa sammiti başlayıb


Ukrayna üzrə Avropa sammiti Londonun mərkəzindəki “Lancaster House”da başlayıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmerin ev sahibliyi etdiyi toplantıda 18 ölkədən və birlikdən nümayəndələr iştirak edir.
Tədbirdə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, NATO-nun baş katibi Mark Rutte iştirak ediblər. Türkiyəni sammitdə xarici işlər naziri Hakan Fidan təmsil edir. Sammit iştirakçıları arasında Ukraynanın Londondakı səfiri Valeriy Zalujnı da yer alıb.
Görüşdən əvvəl bildirilib ki, sammit iştirakçıları Ukraynanın mövqelərinin möhkəmləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya “iqtisadi təzyiq” məsələlərinə diqqət yetirəcəklər. Bazar günü səhər BBC-yə müsahibəsində Starmer deyib ki, sammitdə münaqişə həll olunandan sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərbi koalisiyasının yaradılması məsələsi müzakirə olunacaq.
Seçilən
35
2
yeniavaz.com

3Mənbələr