AZ

Naxçıvanda avtomobil iki yeniyetməni vurub

Naxçıvan şəhərində avtomobil iki yeniyetməni vurub.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

Belə ki, avtomobil yolu keçən Babək rayon Güznüt kənd sakini, 2009-cu il təvəllüdlü Mustafayev Əli Zahid oğlunu və Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü Abdullazadə Şahin İslam oğlunu vurub.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
81
2
avtosfer.az

10Mənbələr