AZ

Türkiyə Superliqası: “Qalatasaray” “Kasımpaşa” səfərində xal itirdi

Türkiyə Superliqasında XXVI tur çərçivəsində daha bir qarşılaşma baş tutub.

Milli.Az xəbər verir ki, turnir cədvəlinə başçılıq edən "Qalatasaray" səfərdə "Kasımpaşa" ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş 3:3 hesablı bərabərliklə başa çatıb.

Hazırda "aslanlar" 65 xalla liderliklərini qoruyurlar. Komandanın ən yaxın təqibçisi "Fənərbağça" isə bu gün doğma meydanda "Antalyaspor"u qəbul edəcək. Qarşılaşma saat 21:30-da start götürəcək.

Kadıköy təmsilçisi 58 xalla 2-ci pillədədir.

Milli.Az

Seçilən
50
7
milli.az

8Mənbələr