AZ

Avropa liderləri Londona toplaşdı - Ukrayna müzakirə edilir

Londonda Avropa liderlərinin Ukrayna ilə bağlı sammiti öz işinə başlayıb.

Modern.az xəbər verir ki, sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak edir.

Türkiyəni isə xarici işlər naziri Hakan Fidan təmsil edir.

Avropa liderləri "transatlantik münasibətləri bərpa etməyə və Ukrayna üçün sülh planını açmağa" ümid edirlər. Böyük Britaniyanın baş naziri Keir Starmer bu proses üçün Avropanın daha böyük məsuliyyət daşıdığını açıq şəkildə bildirib.

"Biz bu gün buradayıq, çünki bu, Avropanın təhlükəsizliyi üçün nəsildə bir dəfə baş verən bir andır və hamımız addım atmalıyıq", - Starmer açılış nitqində deyib.

Starmer əlavə edib ki, Ukrayna üçün yaxşı nəticə əldə etmək "burada hər bir dövlətin və bir çox başqa dövlətlərin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir".

Seçilən
27
modern.az

1Mənbələr