AZ

Daha bir “həkim”lə bağlı sensasiya: Sənədlər yayıldı – Nazirlik hərəkət keçməlidir

ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın Azərbaycanda bəzi həkimlərin qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı yaydığı məlumatlar hələ də müzakirə edilir. Jurnalistin ötən günlərdə Odlar Yurdu Universitetinin tibbi biologiya ixtisası üzrə bakalavr təhsilini başa vuran şəxsin sənədlərini paylaşması səs-küy yaradıb.


Sitat: “Sənədin sahibi 2003-2008-ci ildə cü ildə Odlar Yurdu Universitetinə tibbi biologiya ixtisası üzrə bakalavr təhsil alıb. Bir il sonra tibbi biologiya ixtisasını bitirən şəxs Şəmkir Rayon Xəstəxanasında həkim-fizioterapevt kimi internatura keçib. Saxtakarlığın ilk təməli elə burada qoyulub. O, digər Tibb Universiteti məzunları kimi tamixtisaslı həkim sertifikatını necə əldə edib?”


Məlumat yayıldıqdan sonra yerli mediada diplomun fizioterapevt və reabilitiloq Rəhimə Atəşə məxsus olduğu ortaya çıxıb.

Tibbi biologiya ixtisasını bitirən şəxs necə həkim olub?



Referans.az bildirir ki, Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, Azərbaycanda tibb təhsili və səhiyyə sisteminin idarəolunması ilə bağlı ciddi problemlər var:


“Son dövrlər çıxan faktlar sübut edir ki, ölkədə tibb sahəsində sertifikatlaşdırma nəzarətsiz və xaotikdir. Azərbaycanda həkim olmaq üçün əsas yol Tibb Universitetində müalicə işi, pediatriya, stomatologiya kimi ixtisaslar üzrə bakalavr təhsili almaq, daha sonra isə rezidenturada ixtisaslaşmaqdır. Lakin son illərdə alternativ yolların artması bu sistemin zəifliklərini üzə çıxarır. Ölkədə həkim olmaq üçün rəsmi qaydalar mövcud olsa da, bəzi şəxslər bu sistemin boşluqlarından istifadə edərək qısa yolla həkim adını qazana bilirlər”.


kamran

Kamran Əsədov

Ekspert bildirib ki, Səhiyyə Nazirliyi həkim kimi çalışmaq üçün sertifikat verməmişdən öncə həmin şəxsin təhsil və ixtisas uyğunluğunu ciddi araşdırmalıdır:

“Bir bakalavr məzunu əlavə tibbi təhsil almadan həkim kimi fəaliyyət göstərirsə, bu, səhiyyə sisteminin tamamilə nəzarətsiz olması deməkdir. Azərbaycanda həkim hazırlığı prosesi həm təhsil, həm də səhiyyə idarəetməsi baxımından ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir. Hazırkı vəziyyət insan sağlamlığını təhlükəyə atır və cəmiyyət üçün böyük risklər yaradır”.

Qənirə Ataşovanın paylaşdığı sənədlərin fotosu:


1


3 

2


Seçilən
25
2
referans.az

3Mənbələr