Goranboyda minik maşını ağaca çırpılıb.
Avtosfer.az-ın "Unikal"ya istinadən məlumatına görə, hadisə Goran-Goranboy yolunda baş verib. İdarəetmədən çıxan minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı maşına zərər dəysə də, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.